Olimpiya oyunları zamanı kütləvi aksiyaların keçirilməsinə icazə verilib
04 yanvar 2014 16:04 (UTC +04:00)

Olimpiya oyunları zamanı kütləvi aksiyaların keçirilməsinə icazə verilib

Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadasının keçiriləcəyi dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fərmanına dəyişiklik edib. APA-nın “Lenta.ru” saytına istinadən yaydığı xəbərə görə, yeni fərmana əsasən Olimpiya oyunları dövründə şəhərdə və ətraf ərazilərdə etiraz aksiyalarının keçirilməsinə icazə veriləcək.   

 

15 noyabr 2013-cü il tarixli fərmanda qeyd edilirdi ki, 2014-cü il yanvarın 7-dən martın 21-nə qədər Olimpiya oyunları ilə əlaqəsi olmayan istənilən kütləvi tədbir qadağan olunur. Sənədin yeni redaktəsində isə bildirilir ki, Olimpiya oyunları ilə əlaqəli olmayan mitinqlər, yürüşlər, kütləvi yığıncaqlar Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin ərazi orqanları ilə razılaşdırıldıqdan sonra keçirilə bilər. Aksiyaların marşrutu isə Soçi şəhər administrasiyası tərəfindən təsdiqlənməlidir.  

 

Xatırladaq ki, Soçi qış Olimpiya oyunları fevralın 7-dən 23-nə qədər, Paralimpik oyunlar isə martın 7-dən 16-na qədər keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Oxşar yazılar