Litvanın mühafizəkar siyasətçiləri Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanovun «persona non-qrata» (arzuolunmaz) şəxs elan olunmasını təklif edib.
Lent.az-ın «gazeta.ru»-yə istinadən məlumatına görə, bu haqda «delfi» xəbər yayıb.
Mənbə bildirib ki, Rusiya Ana Yasasının 20 illiyinə həsr olunmuş konsertdə o, çıxışı zamanı «Pirbaltikanı öz ölkəsi» adlandırıb.
«Qazmanov imperiyanın rəsmi siyasəti və informasiya savaşının silahlarından biridir» -deyə, mühafizəkarlar bildirib.
Onların qənaətincə, Litvanın xarici İşlər Nazirliyi Oleq Qazmanovu Litvaya səfərini yasaqlamaq üçün Miqrasiya İdarəsinə müraciət etməlidir.