Ögey ata yaşyarımlıq qız uşağını öldürdü
12 iyun 2016 06:28 (UTC +04:00)

Ögey ata yaşyarımlıq qız uşağını öldürdü

0
Rusiyanın Voronej şəhərində yaşyarımlıq qız uşağını  öldürməkdə şübhəli bilinən bir şəxs tutulub.
 
Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya təhqiqat komitəsinin regional şöbəsindən xəbər verilib.
 
Körpənin meyidi ağır döyülmə izləri ilə uşağın anasının yaşadığı mənzildə tapılıb.
 
“Ilkin istintaqa görə, körpə bərkdən ağladığı üçün ögey ata onu bərk döyüb. Alınan zədələrdən körpə keçinib”, - deyə Təhqiqat komitəsinin Voronejin Levoberejniy rayonu üzrə rəhbəri Matvey Sladkix bildirib.
 
Hazırda həmin şəxs istintaqda sorğu-sual altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar