Odessada bankı qumbaraatandan atəşə tutdular
26 aprel 2016 03:21 (UTC +04:00)

Odessada bankı qumbaraatandan atəşə tutdular

Aprelin 25-dən 26-na keçən gecə Odessada “Pivdennıy” bankının ofisində partlayış baş verib. APA-nın yerli “Taymer” nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış “Muxa” tipli qumbaraatandan binaya açılan atəş nəticəsində baş verib.   

 

Məlumata görə, polis əməkdaşları qumbaraatanı binanın yaxınlığındakı kolluqdan tapıblar.

 

Bundan əvvəl  Odessada rayon prokurorluğu binasının qarşısında güclü partlayışın baş verməsi barədə məlumat yayılıb.   

 

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar