ABŞ prezidenti Barak Obama Quantanamodakı bazada yerləşən həbsxananı yenidən bağlamağa cəhd edəcəyini bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bu məsələdə Konqresin yardımına güvəndiyini söyləyib.
Amerika prezidentinin sözlərinə görə, terrorçu adlandırılan məhbusların on illər boyu saxlanıldığı həbsxana ilə bağlı məsələyə ABŞ daha müdrik yanaşmalıdır.
Bu bəyanat Quantanamada yüzə yaxın məhbusun aclıq aksiyası keçirdiyi vaxta təsadüf edir.
Onların bəzilərinin zorla yedirdildiyi haqda da məlumat yayılıb. Həbsxanaya əlavə tibb işçiləri göndərilib.