Kubaya tarixi səfərə gələn prezident Barak Obama ilk olaraq ABŞ-ın Havanadakı səfirliyində olub.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
Səfərini tarixi imkan kimi dəyərləndirən Obama bildirib ki, bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır.
Səfirlik əməkdaşları ilə görüşdən sonra Barak Obama yağıntılı hava şəraitinə baxmayaraq Havananın mərkəzi küçələrində gəzib. Yaxın saatlarda ABŞ prezidentinin Kubanın kardinalı Orteqa ilə görüşü gözlənilir.
ABŞ-la Kuba arasında diplomatik münasibətlər ötən ilin iyulunda yarıməsrlik fasilədən sonra bərpa olunub. Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidentidir.