ABŞ prezidenti Barak Obama İsrail səfər öncəsi bu ölkənin televiziyasına müsahibə verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, səfər zamanı müzakirə ediləcək, başlıca məsələlərdən biri də İranın atom-nüvə proqramıdır.
Obama müsahibəsində deyib:«Biz İranın nüvə məsələsinin həllini uzatmaq istəmirik. Fikrimizcə, nüvə silahı əldə etməsi üçün İrana bir, ya da bu yaxın bir müddət lazımdır» .
ABŞ prezidenti İranın probleminin diplomatik yolla həlli tərəfdarı olduqlarını söyləsə də, məsələnin başqa həlli yolunu mövcudluğunu da istisna etməyib: «Əgər biz məsələni diplomatik yolla həll etsək, bu daha etibarlı yol olacaq. Yox, əgər əksinə olsa, o zaman mən bütün variantları açıq saxlayıram».