Obama: “Liviyada İŞİD silahlılarının sayı artır”
14 aprel 2016 03:03 (UTC +04:00)

Obama: “Liviyada İŞİD silahlılarının sayı artır”

Liviyaya yollanan İŞİD silahlılarının sayı artır.

 

APA-nın məlumatına görə, bunu Vaşinqtonda Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) keçirdiyi iclasdan sonra ABŞ prezidenti Barak Obama bəyan edib.

 

“Biz tərəfdaşlarımızla birgə terrorçuların Suriya və İraqa çıxışını çətinləşdirmişik. Lakin bu gün Liviyaya yollanan İŞİD silahlılarının sayının artmasını müşahidə edirik. Əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik ki, Liviyada İŞİD-in kökünü kəsək. Biz ölkənin təhlükəsizliyi üçün çalışan yeni Liviya hökumətinə yardım göstərməkdə davam edirik”, deyə B.Obama bildirib.

 

ABŞ prezidenti bildirib ki, İŞİD-in Suriya və İraqda nəzarəti altında olan əraziləri daralır: “Onlar özləri də bilirlər ki, axırları yoxdur. Deyə bilərəm ki, İŞİD başçıları son zamanlar çox çətin anlar yaşayıblar. Biz yaxın həftələrdə digər dəstəbaşılarını da məhv etmək niyyətindəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar