Martın 9-da Nyu-Yorkda yeni temperatur rekordu qeydə alınıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, havanın temperaturu müsbət 25 dərəcəyədək yüksəlib.
Bununla da 2000-ci ilin martında qeydə alınan hava rekordu (+20,6 dərəcə) yenilənib.
Sinoptiklərin proqnozlarına əsasən, mart üçün xas olmayan isti bir neçə gün davam edəcək. Martın 10-da yeni rekordun qeydə alınması gözlənilir.
Qeyd edək ki, anomal hava şəraiti Nyu-Yorkla qonşu olan ştatlarda da davam edir. Belə ki, Bostonda (Massaçusets ştatı) havanın temperaturu 25, Nyu-Arkda (Nyu-Cersi ştatı) isə 27 dərəcəyədək yüksəlib.