Niderlandda miqrantlara qarşı etiraz
19 yanvar 2016 02:12 (UTC +04:00)

Niderlandda miqrantlara qarşı etiraz

0

Niderlandın Hes şəhərində miqrant mərkəzinin inşa edilməsinə qarşı etiraz aksiyası keçirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aksiya şəhər bələdiyyəsinin iclası ilə eyni vaxtda başlayıb.

 

Nümayişçilər əvvəl müxtəlif şüarlar səsləndirib, sonra isə iclas keçirilən binaya yumurta və fişənglər atıblar. Hadisə yerinə cəlb edilən polis nümayişçiləri dağıdıb, bələdiyyə əməkdaşları  binadan təxliyə edilib. Saxlanılanlar barədə məlumat verilmir.    

 

Şəhər rəhbərliyi Hesdə miqrantların qəbulu üçün 500 nəfərlik mərkəz tikmək niyyətindədir. Etirazçılar bunun çox olduğunu hesab edir.  Qeyd edək ki, şəhərdə 28 min nəfər əhali yaşayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar