İsrailin baş naziri Binyamin Netanyahu mayın 9-da Moskvaya işgüzar ssəvər edəcək. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, B.Netayahu mayın 9-da Moskvada Qələbə Gününə həsr olunmuş hərbi parada dəvət alıb.
Məlumata görə, səfər çərçivəsində Binyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub: “Danışıqlar zamanı liderlər regiondakı vəziyyətin inkişafını müzakirə edəcəklər”.