İraqın Ədalət Nazirliyində terror aktı törədilib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 25 nəfər ölüb, 53 nəfər yaralanıb.
Terrorçular Ədalət Nazirliyi ilə yanaşı, müxtəlif yerlərdə 4 partlayış ediblər. Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə silahlılar arasında qarşıdurma yaranıb.