NATO Egey dənizində miqrasiyanın monitorinqini həyata keçirən gəmilərinin sayını 5-ə çatdırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.
“Biz gəmilərin sayını 5-ə çatdırdıq və gələcəkdə sayı artırmaq niyyətindəyik. Əməliyyatda həmçinin helikopterlər də iştirak edir”-deyə o qeyd edib.
Əməliyyatda Kanada, Türkiyə, Yunanıstan və Almaniyaya məxsus gəmilər iştirak edirlər.
Stoltenberqin sözlərinə görə, NATO və Aİ-nin sərhədlərinə nəzarəti həyata keçirən “Fronteks” agentliyi arasında Egey dənizində miqrasiya axını ilə bağlı real vaxt rejimində məlumat mübadiləsinə dair razılaşma əldə olunub.