NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağda atəşin dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin bir daha gərginləşməsinə yol verməməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə onun bəyanatında bildirilir.
“Mən tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinlik nümayiş etdirməyə və yeni gərginliyə yol verməməyə çağırıram” , - deyə məlumatda bildirilir.
Stoltenberq qeyd edib ki, NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
“Tərəflər danışıqlar masasına dönməli və hərtərəfli nizamlanma yollarını tapmalıdırlar”, - deyə Stoltenberq qeyd edib.