Nantda işsiz özünü yandırıb
14 fevral 2013 05:24 (UTC +04:00)

Nantda işsiz özünü yandırıb

Fransanın Nant şəhərində işədüzəltmə mərkəzinin binasının yaxınlığında 43 yaşlı işsiz fransız özünü yandırıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, yanğın aldığı yaralara nəticəsində həmin kişi həlak olub.

 

Bu ilk olay deyil. Yarım il öncə Paris ətrafındakı rayonlardan birində yaşamaq üçün heç bir imkan və şəraiti olmayan işsiz kişi də özünü yandırmaqla intihar etmişdi.

 

Məlumatlara əsasən, son 6 ayda Fransada işsizlərin sayı kəskin şəkildə çoxalıb. Hazırda ölkədə işə düzəlmək istəyən 3 milyon insan qeydiyyatdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar