Myanmada güclü zəlzələ: əhali təşviş içindədir
13 aprel 2016 21:28 (UTC +04:00)

Myanmada güclü zəlzələ: əhali təşviş içindədir

Myanmada baş verən 7,2 bal gücündə zəlzələ əhalidə təşviş yaradıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

Yeraltı təkanların episentri Mandalay şəhərindən 100 km şimal-qərbdə, ocağı isə 121 km dərinlikdə yerləşib. Zəlzələ ölkənin ən iri şəhəri Yanqonda hiss edilib. Təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar