Musəvinin qızları sərbəst buraxılıb
11 fevral 2013 20:36 (UTC +04:00)

Musəvinin qızları sərbəst buraxılıb

İranda hakimiyyətdaxili müxalifətin təmsilçisi, «yaşıllar hərəkatı» adlanan hərəkatın təmsilçisi Mirhüseyn Musəvinin qızları Nərgiz və Zəhra sərbəst buraxılıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onların hər ikisinin ifadəsi alınıb.

 

Qeyd edək ki, fevralın 11-də Mirhüseyn Musəvinin qızları Zəhra və Nərgizin tutulması barədə informasiya yayılmışdı. ETTELAAT məmurları onların yaşadığı mənzildə  3 saata yaxın  yoxlama aparmış, qızlara məxsus bir sıra əşyalar götürmüşlər.

 

Mirhüseyn Musəvi isə həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə iki ildir ev dustaqlığında saxlanılır. Zəhra və Nərgiz musəvilər valideynlərinin durumu ilə bağlı mediaya açıqlama verdiklərinə görə dəfələrlə təhdid edilib, təzyiqə məruz qalıblar.

Xatırladaq ki, bir neçə ay öncə keçmiş prezident Haşimi-Rəfsəncaninin də qızı həbs edilmişdi. Sonradan o da sərbəst buraxıldı. Rəfsəncanin oğlu Mehi Haşimi isə hələ də həbsdədir. 

# 1060
avatar

Oxşar yazılar