Mühüm aviabaza İŞİD-dən azad edildi
05 iyun 2016 04:37 (UTC +04:00)

Mühüm aviabaza İŞİD-dən azad edildi

0

Liviya ordusu ölkənin şimalındakı Sirt şəhərinin yaxınlığında yerləşən “Qardabiya” aviabazasını İŞİD silahlılarından azad edib.  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Silahlı Qüvvələr komandanlığının rəsmi nümayəndəsi polkovnik Məhəmməd əl-Qasri bildirib.  

 

Qeyd edək ki, Liviya ordusu iyunun 3-də İŞİD-in bu ölkədəki əsas dayaq məntəqəsi hesab edilən Sirt şəhərinə daxil olub.  

 

Polkovnik Əl-Qasrinin sözlərinə görə, Sirt şəhərinin mərkəzindən 20 km aralıda yerləşən “Qardabiya” aviabazası strateji əhəmiyyətə malikdir. Əməliyyat zamanı 3 hərbçi həlak olub, 5 nəfəri yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar