Ukrayna Silahlı Qüvvələri Kiyevdə avrointeqrasiya tərəfdarlarının kütləvi etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq etməyəcəyini bildirib.
Lent.az-ın «Ukrainskaya pravda»-yə istinadən məlumatına görə, ölkə Müdafiə Nazirliyinin təmsilçisi deyib: «Silahlı Qüvvələrdən mitinqçilərə qarşı istifadə edilməyəcək. Bütün hərbiçilər və texnika daim dislokasiya yerindədir».
Ondan əvvəl müdafiə naziri Pavel Lebed Kiyevdə keçirilən aksiyalara qarşı hərbi güc tətbiqi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, «Espreso TV» şahidlərin dediyinə əsasən, bildirmişdi ki, Çerniqovadan 5 tank Kiyevə göndərilir. Şahidlər həmin hərbi texnikanın dəmiryolu ilə göndəriləcəyini bildiriblər.