<b>Mosulda məktəbə raket atıldı: <span style="color:red;">18-i uşaq olmaqla, 81 nəfər öldü </b>
05 may 2017 12:31 (UTC +04:00)

Mosulda məktəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü

0

İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb.

 

İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.

 

Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.

 

Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı ƏLİ el-Behadili Anadolu Agentliyinə En-Neccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar