Moskva Temirqaliyevi vəzifədən uzaqlaşdırdı
31 iyul 2014 00:03 (UTC +04:00)

Moskva Temirqaliyevi vəzifədən uzaqlaşdırdı

0

Rusiya Krımı işğal edəndən sonra ora təyin etdiyi müvəqqəti başçı Sergey Aksyonov hakimiyyəti tatarlardan təmizləyir.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, iyulun 30-da müvəqqəti başçı müşaviri Rüstəm Temirqaliyevi tutduğu vəzifədən azad edib.

 

Moskvanın nümayəndəsi bildirib ki, R.Temirqaliyev “qaydalara qarşı çıxıb, özünü təbliğlə məşğul olub”.

 

Onun sözlərinə görə, müşaviri “özəl bizneslə məşğul olurmuş”.

 

“Təbii proses baş verir. Müəyyən edilmiş sərt qaydaları rəhbər tuta bilməyənlər, komandada qalmamalıdır”-deyə, Aksyonov “Krım” teleradio şirkətinin efirindən bəyan edib.

 

 

Müvəqqəti başçı bildirib ki, Temirqaliyev yarımadadakı hökumətdə işləyərkən, “rəhbərliklə razılaşdırılmayan bəyanatlar verib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1528

Oxşar yazılar