Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini 10-11 mart tarixlərində Kubaya rəsmi səfər edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin xarici siyasət qurumunda təsdiqləyiblər.
“Moqerini 10-11 mart tarixlərində Kubaya ikigünlük səfər edəcək. Moqerini və Kubanın XİN rəhbəri Bruno Rodriqes həmsədr olacaqları Avropa-Kuba siyasi dialoq zamanı qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə edəcəklər”, deyə məlumatda bildirilir. Hımçinin Kubanın iqtisadiyyat və planlaşdırma naziri Marino Murilyo ilə ikitərəfli danışıqların aparılacağı gözlənilir.
Qeyd edək ki, Moqerini ötən ilin yazında artıq Havanaya səfər etmişdi. Səfər zamanı siyasi dialoqun aparılmasına və əməkdaşlığa, həmçinin Kubada insan hüquqlarına dair müzakirələr keçirilib.