Moldova və ABŞ birgə hərbi təlimlər keçirəcək
29 aprel 2016 07:34 (UTC +04:00)

Moldova və ABŞ birgə hərbi təlimlər keçirəcək

Moldova və ABŞ hərbçiləri ölkədə 3-20 may tarixlərində keçiriləcək “Dragon Pioneer-2016” hərbi təlimlərdə iştirak edəcəklər. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Moldova Müdafiə Nazirliyinin mətbuat katibi Alla Diakonu bildirib.   

 

“Təlimlərdə ABŞ kavaleriya alayının (USAREUR – ABŞ-ın Avropadakı quru qoşunlarının tərkibindədir) 198 hərbçisi və Milli ordunun istehkamçı batalyonundan, 22-ci sülhməramlılar batalyonundan, həmçinin, Moldova Milli Ordunun 1-ci, 2-ci və 3-cü briqadalarından 165 hərbçi  iştirak edəcəklər”, - deyə  Diakonu bildirib.

 

Onun sözlərinə görə, taktiki manevrlər istehkamçı bölmələrin ümumi hazırlığına, iki ordu arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlib.

 

Diakonu qeyd edib ki, “Dragon Pioneer-2016” təlimlərinə ABŞ ordusunun 58 ədəd hərbi texnikası və Moldova ordusunun 40-dək istehkamçı və təminat maşınları cəlb olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar