Misirdə Azərbaycan vətəndaşı qalmadı
19 avqust 2013 12:59 (UTC +04:00)

Misirdə Azərbaycan vətəndaşı qalmadı

“Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün bütün müvafiq tədbirləri görüb". Lent.az-ın məlumatına görə, bu sözləri movqe.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. E. Abdullayev bildirib ki, Azərbaycanın Misirdəki səfirliyində qeydiyyatda olan, təmasda olan bir Azərbaycan vətəndaşı belə, təxliyyə prosesindən kənarda qalmayıb: "Səfirliyimizdə qeydiyyatda olan, daim təmasda olan bütün vətəndaşlarımız təxliyyə edilib.  Təxliyyə tədbirləri cənab Prezident İlham Əliyevin Azərbaycan XİN-ə və Fövqəladə Hallar Nazirliyinə müvafiq  tapşırığı əsasında yerinə yetirilib".

Xatırladaq ki,  Azərbaycan vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün təyyarə göndərilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar