Cümə günü müəmmalı şəkildə ölən tanınmış britianiyalı rok ifaçısı Ket Emersonun ölüm səbəbi müəyyənləşib. Lent.az xarici mediaya istinadən xəbər verir ki, proqressiv rokun “atası” hesab edilən 71 yaşlı musiqiçinin Los Ancelesin San Monika qəsəbəsindəki evində özünü güllələməsi dəqiqləşib.
K.Emersonun sevgilisi və “Lake & Palmer”in təsisçisi olan Mari Kavaquçi “The Daily Mail” qəzetinə açıqlamasında qeyd edib ki, o, uzun müddət depressiyadan çıxa bilməyib. Üstəlik rokçunun qolundakı xroniki ağrılar son vaxtlar daha da şiddətlənibmiş və bu səbəbdən o, həyatına son qoyub.