Türkiyənin məşhur müğənnisi Aslı Hunelin vəziyyəti ağırdır. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə sənət musiqisinin tanınmış solistlərindən olan 36 yaşlı Aslı Hunel fevralın 12-də İstanbulda kista əməliyyatı üçün özəl bir xəstəxanaya gedib.
Aslı Hunelin üzərində aparılan əməliyyat saat 09:00-da başlayıb, 12:30 radələrində başa çatıb. 3,5 saatlıq əməliyyatdan sonra onun ürək ritmi pozulub. Əməliyyatın keçirildiyi özəl xəstəxanada kardioloji şöbə olmadığı üçün Aslı Hunel Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən müğənnin ürək ritmi 18 saat ərzində normallaşmazsa, elektroşokla müdaxilə olunacaq.