Merkel üçün müəmmalı məktub və kəsilmiş donuz başı
15 may 2016 14:51 (UTC +04:00)

Merkel üçün müəmmalı məktub və kəsilmiş donuz başı

0

Almaniya kansleri Angela Merkelin deputat seçildiyi Stralsund şəhərində qəribə hadisə baş verib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, Merkelin seçki qərargahının qapısı önündə kəsilmiş donuz başı və məktub tapılıb. Polis məktubu və heyvan başını götürüb. Lakin məktubun məzmunu barəsində açıqlama verilməyib. 

 

Polisdən bildirilib ki, məsələ araşdırılır və kanslerə məktub yazmış şəxs və ya şəxslər axtarılır.

 

Qeyd edək ki, A.Merkel 1990-cı ildən etibarən hər dəfə Stralsunddan namizədliyini verir və bundestaqa seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar