PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın məktublarından yeni xəbər var.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Abdulla Öcalanın Şimali İraqda Qəndil dağındakı düşərgədə yerləşən və hazırda terror təşkilatına rəhbərlik edən şəxslərə yazdığı məktubu Demokratik Cəmiyyət Şurasının sədri, millət vəkili Ahmet Türk və Vandan seçilmiş millət vəkili Aysel Tuğluk aparıblar.
Hər iki şəxs terror təşkilatına yaxınlığı ilə seçilən Demokratik Toplum Partiyasının (DTP) üzvüdürlər. Abdulla Öcalan 20 səhifədən ibarət bu məktubunda Türkiyədə terrorun sona çatması üçün hazırladığı “yol xəritəsi”ndən yazıb.