Meksikanın cənub Oaxaka ştatında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 7 nəfər ölüb, 39 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum səbəblərdən sərnişin avtobus idarəetməni itirərək aşıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.