Marafonçular sabunları energetik baton bilib yedilər
26 mart 2016 02:27 (UTC +04:00)

Marafonçular sabunları energetik baton bilib yedilər

Çində marafon iştirakçıları onlara bağışlanan sabunu energetik baton bilərək yeyiblər.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə Quandun əyalətinin Çinyuan şəhərində baş verib.

 

Belə ki, yarış iştirakçıları təşkilatçılardan hədiyyə paketləri alıblar – hansının içində ki, üzüm qoxulu sabunlar olub. Lakin idmançılar onları energetik batonlar kimi qəbul ediblər. Adamları həm də ingilis dilində qablaşması çaşdırıb.

 

“Sabun qutuları həqiqətən də yeməli bir şeyə oxşayıb. Bu – bizim səhvimizdir” –yarış təşkilatçılarından biri deyib.

 

Qaçışda 20 mindən çox adam iştirak edib. Onların 12 mindən çoxu, həmçinin zəiflik, mədədə sancı və ağırı şikayətləri ilə tibbi yardım üçün müraciət edib. 23 marafonçu xəstəxanaya yerləşdirilib, onlardan 5-nin durumu kritikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar