Malayziya islamçılar: ««Allah» sözündən yalnız müsəlmanlar istifadə edə bilər»
Malayziya İslamçı təşkilatlar birliyi hakimiyyəti Vatikanın ölkədəki səfiri Cozef Marinonun ölkədən çıxarmağa çağırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu səbəb onun yerli xristianlara «Allah» sözünü işlətməyi məsləhət görməsidir.
Məlumata əsasən, arxiyepiskop Marino çıxışlarında yerli xristianların ibadət edərkən, «allah» sözünü işlətməsini müdafiə edib.
Malayziya müsəlmanları isə hesab edir ki, «Allah» sözünü ibadət zamanı yalnız islam dininə inanlar işlədə bilər.