Rusiya prezidenti Vladimir Putin Moskvada Fələstin muxtariyyatının başçısı Mahmud Abbasla görüşüb.
Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, görüşün sonunda Kremlin başçısı M.Abbası «Dostluq» Ordeni ilə təltif edib.
Fəlstin lideri bu mükafatı «Rusiya-Fələstin arasında ikitərəfli ictimai və humanitar əlaqəlrin gücləndirilməsində göstərdiyi xidmətə» görə layiq görüüb.
Fələətin Muxtariyyatı BMT yanında müşahidəçi dövlət statusu alandan sonra Mahmud Abbas ilk dəfə Rusiyaya səfər edib.
Putinlə görüş zamanı o, rəsmi Moskvanın BMT- də Fələstini dəstəklədiyi üçün təşəkkürünü bildirib.