Mahaçqalada antiterror rejimi
15 fevral 2013 21:36 (UTC +04:00)

Mahaçqalada antiterror rejimi

Dağıstan paytaxtı Mahaçqalanın rayonlarından birində terrorçuluğa qarşı əməliyyat rejimi tətbiq edilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda respublikadakı əməliyyat qərargahı açıqlama verib.

 

«Mahaçqalanın Sovetsk rayonunda terrorçuluğa qarşı əməliyyat rejimi tətbiq edilib. Çoxmərtəbəli binalardan birində yaralılar yerləşib. Onların yollar qapadılıb»-deyə, açıqlamada bildirilib.

 

Bir müddət öncə Rusiya Baş Prokurorluğu bəyan etmişdi ki, 2012-ci ildə Dağıstanda ekstremizm yönündə cinayətlərin sayı 3 dəfə artıb. Məlumata əsasən, ötən il terror xarakterli 295 cinayət olayı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar