Lavrov 3 gündür Kerrinin zənginə cavab vermir
15 fevral 2013 00:51 (UTC +04:00)

Lavrov 3 gündür Kerrinin zənginə cavab vermir

ABŞ-ın dövlət katibi Con Kerri hələ də Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan  telefon zəngi gözləyir.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, amerikalı diplomatın bunu ciddiyə almadığını departamentin təmsilçisi Nulanda bildirib. O, deyib ki, Kerri üçüncü gündür rusiyalı həmkarı ilə danışa bilmir.

 

«Nazir hələ də bizə zəng etməyib. Biz rahatsız deyilik. Dövlət katibi burada problem olmadığını bildirib. Kerri onunla danışmaq istəyir. Bu, Lavrovun imkanından asılıdır. Biz onun səfərlərdə olduğundan daimi məşğul olduğunu anlayırıq. Onu görə də çox saylı telefon zənglərinə cavab verə bilmir»-deyə, Viktoriya Nuland söyləyib.

 

Kerri ilk zəngini fevralın 11-də edib. Onda Lavrov Afrikada səfərdə olub. Dövlət katibi onunla Şimali Koreyanın nüvə sınağını müzakirə etmək istəyirmiş. Sonuncu zəngində isə Kerri rusiyalı nazirlə Suriyadakı vəziyyətdən danışmaq istəyib.  

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç isə bildirib ki, Con Kerrinin zənglərinə  Lavrovun cavab verməməsi gerçək deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar