Latviyanın yeni baş naziri qadın olacaq
06 yanvar 2014 23:32 (UTC +04:00)

Latviyanın yeni baş naziri qadın olacaq

Latviya prezidenti Andris Berzinş baş nazir vəzifəsinə Laymdot Strauyumu təyin edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onun namizədliyini ölkədəki ən nüfuzlu Birlik Partiyası irəli sürüb.

 

L.Strauyum Latviya tarixində ilk qadın hökumət başçısı olacaq. Onun namizədliyini parlament də təsdiqləməlidir.

 

Laymdot Strauyum 1951-ci il fevralın 24-də anadan olub. Latviya Universitetinin fizika –riyaziyyat fakültəsini bitirib. Bank sahəsində və çeşidli dövlət qurumlarında çalışıb. 1997-ci ildə Britaniya Kənd Təsərrüfatı İnstitutunun fəxri üzvü seçilib.

 

Ana dili latışca ilə yanaşı, rus və ingilis dillərini də bilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar