KXDR Cənubi Koreyanı ittiham etdi
09 iyun 2016 05:41 (UTC +04:00)

KXDR Cənubi Koreyanı ittiham etdi

0

Cənubi Koreyaya məxsus pilotsuz uçan aparatlar (PUA) KXDR-nın hava məkanını pozub.

 

APA-nın xəbərinə görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının dövlət xəbər agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, ötən gün pilotsuz uçan aparatlar  KXDR-nın hava məkanını üç dəfə pozub.

 

Həmçinin  Cənubi Koreyaya məxsus hərbi gəmilər KXDR-nın dəniz sərhədini beş dəfə pozub. “Son bir ayda dövlət sərhədinin pozulması halları kəskin şəkildə artıb. Rəsmi Seul təxribat xarakterli hərəkətləri davam etdirərsə, onu ciddi nəticələr gözləyəcək”, məlumatda bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar