Kuba parlamentinə seçki: üzvlərlə namizədlərin sayı eynidir
03 fevral 2013 06:53 (UTC +04:00)

Kuba parlamentinə seçki: üzvlərlə namizədlərin sayı eynidir

Fevralın 3-də Kubada parlamentə və əyalət orqanlarına seçkilər keçiriləcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Milli Seçki Komissiyası tərəfindən  8 milyon 632 min seçici qeydiyyata alınıb.

 

Ölkə üzrə 29 min 957 seçki məntəqəsində səsvermə yerli vaxtla səhər saat 7.00-da (Bakı vaxtı ilə saat 16.00-da) başlaycaq və axşam 18-dək davam edəcək.

 

Səsvermədə sahmanı 226 min yerli məntəqə komissiyasının üzvü, eləcə on minlərlə pioner və yuxarı sinif şagirdləri təmin edəcək.

 

Xalq Hakimiyyəti Milli Assambleyasına 612 namizəddən elə o sayda üzv, yerli idarəetmə qurumlarına isə 1269 nümayəndə seçiləcək.

 

45 gündən gec olmayaraq, Assambleya hökumət və dövlətə başçılıq edən Dövlət şurasının sədrini seçir.

 

Parlamentin tərkibinin yeniləcəyi istisna edilmir. Namizədlərin 67 fazi yenidir. Orta yaş 48-dir.  Fidel və Raul Kastro qardaşları da namizədlər siyahısında yer alıb.

 

Yeni namizədlər arasında Raul Kastronun 50 yaşlı qızı Mariela Kastro da var.O, Milli Seksual  Mərkəzinin  direktorudur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Oxşar yazılar