Kosovo lideri Serbiya ilə danışıqlara nikbin baxır
15 mart 2013 02:49 (UTC +04:00)

Kosovo lideri Serbiya ilə danışıqlara nikbin baxır

Kosovanın baş naziri Haşim Taçi Serbiya-Kosovo münasibətlərinin normallaşdırılması ilə bağlı  aparılan  danışıqların yekun mərhələsinə yaxınlaşdığını bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Taçi martın14-də Kosovonun paytaxtı Priştinada Avropa Birliyinin ali komissarı Ketrin Eştonla görüşüb.

 

Yeri gəlmişkən o, Kosovo ilə Serbiya arasında vasitəçilik edir.

 

Eşton Kosovonun şimalındakı etnik serblərin rəsmi Priştina tərəfindən tanınmasına diqqəti yönəldib.

 

Xatırladaq ki, 2008-ci ildə Kosovo Serbiyadan ayrılaraq, müstəqillyini elan edib. İndiki durumda rəsmi Belqrada Avropa Birliyi ilə danışıqlara başlamaq üçün Priştina ilə münasibətləri normallaşdırmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar