Kolumbiyada 7 ballıq zəlzələ
09 fevral 2013 23:22 (UTC +04:00)

Kolumbiyada 7 ballıq zəlzələ

Kolumbiyanın qərbində 7 bal gücündə zəlzələ olub.

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ABŞ-ın  Geoloji Xidməti xəbər yayıb.  

 

Yeraltı təkanlar Pasto şəhərinin 10 km cənub- qərbində qeydə alınıb. Zəlzələ 130 km dərinlikdə olub.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı da elan olunmayıb.

 

Yerli KİV-lərin məlumatına görə,  yeraltı təkanlar Ekvadorun şimalında, Kolumbiya ilə həmsərhəd  yerləşən Kito şəhərində də hiss olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar