Kolumbiyada ən böyük üsyançı təşkilat sayılan Kolumbiya Silahlı İnqilabçılar Cəbhəsi (FARK) iki polisi sərbəst buraxıb.
Lent..az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,üsyançılar onları üç həftə girov saxlayıb.
FARK-çılar həmiin polisləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib. Onların təhvili ölkə televiziyası ilə birbaşa yayımlanıb.Girovlar özlərini yaxşı hiss etdiklərini bildiriblər.
İnqilabçıların əlində bir hərbçi girov qalıb, onu da fevralın 16-da sərbəst buraxılacağı gözlənilir.