Müxalifət olan Ukrayna «UDAR» Partiyasının lideri Vitaliya Kliçko Daxili İşlər Nazirliyinin hərbçilərinə və xüsusi təyinatlı «Berkut»çulara müraciət edib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, o, deyib: «Burada silahsız adamlar dayanıb. Burada yaraqlı və təxribatçı yoxdur. Ona görə də sizi istənilən halda silah və xüsusi vasitə işlətməməyə çağırıram. Sizin öz prinsiplərinizə, insanlar müdafiə borcunuza qarşı getməməyinizi istəyirəm. Cinayətkar əmrləri icra etməyin. Sizə nə demələrindən asılı olmayaraq, bütün hallarda törədəcəklərinizə görə cavab verəcəksiniz»