Kliçko hamını meydana çağırdı: “Təcili gəlin”
09 dekabr 2013 16:10 (UTC +04:00)

Kliçko hamını meydana çağırdı: “Təcili gəlin”

Ukrayna müxalifətinin liderlərindən biri, UDAR Partiyasının lideri Vitali Kliçko Kiyev əhalisini dərhal Müstəqillik Meydanına gəlməyə çağırıb.


 

APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, V. Kliçko bildirib ki, meydanın daxili qoşunlar tərəfindən mühasirəyə alınması psixoloji təzyiqdir: “Hakimiyyət psixoloji təzyiq göstərərək bizi qorxutmağa çalışır. Lakin insanlar getməyə hazırlaşmır və burada dayanmağa davam edəcəklər. Biz hər kəsi təcili şəkildə meydana gəlməyə çağırırıq. Biz burda nə qədər çox olsaq, hakimiyyətin planını o qədər tez puça çıxararıq”.  

 

Digər müxalifət lideri, Ukrayna millətçilərinin “Svoboda” Partiyasının rəhbəri Oleq Tyaqnibok isə Kiyevdəki aksiya iştirakçılarını panikaya düşməməyə çağırıb. Onun fikrincə, cəlb olunan daxili qoşun bölmələri aksiyanı yatırmaq üçün yetərli deyil: “Mən indicə bütün blok-postlarımızı gəzdim. Barrikadalar etibarlıdır. Bu miqdarda milislə onlar heç nə edə bilməz. Hazırda Kiyevdə xeyli beynəlxalq müşahidəçi var, hakimiyyət güc tətbiqinə getməz”.

 

O. Tyaqnibok müxalifəti qorxutmaq məqsədilə daxili qoşun bölmələrinin şəhər mərkəzinə yeridildiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1646
avatar

Oxşar yazılar