Ohayo ştatındakı Deyton universitetinin kitabxanasında maraqlı hadisə baş verib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, keçmiş tələbə tarixlə bağlı 49 il əvvəl götürdüyü kitabı bu yaxınlarda qaytarıb. Kitabla yanaşı, kişi kitabxanaya üzrxahlıq məktubu da yazıb. Ceyms Filips adlı kişi yazıb ki, 1967-ci ildə birinci kursda oxuduğu zaman götürdüyü bu kitab onun kitab şkafında, kitabların arasında unudulub və bu günlərdə qəfil görüb. Kitabxana keçmiş tələbəni məhkəmə yolu ilə cəzalandırmayıb.
Amma onun kitabı qaytarmadığı hər sutkaya görə pul cəzası müəyyənləşdirilib və ümumi cəzanın məbləği 354 dollar edib. Lakin kitabxana rəhbərliyi Filipsin bu məsuliyyətsizliyini tənqid etsə də, onun bu dəyərli kitabı qaytardığını nəzərə alaraq, pul cəzasını tələb etməyib.