Şimali Koreya lideri Kim Çen In yaxın zamanda növbəti dəfə nüvə silahının və ballistik raketlərin sınağını keçirmək niyyətində olduğunu bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi bildirib.
“Yaxın zamanda nüvə silahının və nüvə başlığı daşımağa qadir olan ballistik raketlərin sınaqları keçiriləcək”, - deyə məlumatda bildirilib.