Kəşmirdə ilk qadın rok-qrupu, «Praqaaş» fəaliyyətini dayandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qrupun üzvləri 15 yaşlı yeniyetmə qızlardır.
Fəaliyyətin dayandırılmasına başlıca səbəb kimi Cəmmu və Kəşmir ştatının müftisinin «Praqaaş»-ı tənqid etməsi göstərilir. «Qızlar və gənc qadınlar doğru yoldan sapınaraq, yüngül əxlaqlı belə davranışı mənəviyyatımızın səviyyəsinin aşağı düşməsi üçün ilk addım ola bilər»-deyə, müfti Başirəddin Əhməd bildirib.
Qrup ötən ilin dekabrında yaranıb. O çağdan bəri qızlar təcavüzə məruz qalacaqları və öldürüləcəkləri ilə hədələnib.
«Ümid edirəm ki, bir qrup axmaq bu istedadlı qızları susdura bilməyəcək» - deyə, ştatın baş naziri Ömər Abdulla «Twitter» səhifəsində yazıb.