ABŞ dövlət katibi Con Kerri 21-22 mart tarixlərində Kubaya səfərindən sonra Rusiyaya gedəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da Con Kerrinin yaxın zamanda Moskvaya səfər edəcəyini istisna etməyib.
Qeyd edək ki, Con Kerri 21-22 mart tarixlərində Kubaya səfər edəcək ABŞ prezidenti Barak Obamanı müşayiət edəcək.