ABŞ dövlət katibi Con Kerri Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Bəhreynə gəlib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ABŞ dövlət katibi Bəhreynin kralı Həməd bin İsa Ali Xəlifə ilə də görüşəcək.
Con Kerrinin Bəhreynə səfəri üç gün davam edəcək. Dövlət katibi Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirləri ilə aprelin 21-də keçiriləcək ABŞ-Fars körfəzi sammitinə hazırlıq işlərini müzakirə edəcək.