Kərkükdə yenə terror hadisəsi baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki bombanın partladılması nəticəsində 35 nəfər ölüb, 90-dan çox insan yaralanıb. Hüquq-mühafizə orqanları tərəfindən verilən açıqlamalarda qeyd olunur ki, Kərkükdə polis idarəsini ələ keçirməyə çalışan təcavüzkar partlayış törədib.
Qeyd edək ki, son vaxtlar Kərkükdə terror hadisələrinin sayı artmaqdadır.