Karadjiç apelyasiya şikayəti verəcək
25 mart 2016 02:30 (UTC +04:00)

Karadjiç apelyasiya şikayəti verəcək

BMT tribunalının hökmü ilə 40 il həbs cəzasına məhkum edilən Bosniya serblərinin sabiq lideri Radovan Karadjiç məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmədən sonra Karadjiçin vəkili bildirib.  

 

Qeyd edək ki, BMT-nin Haaqada keçirilən  tribunalı Radovan Karadjiçi ittihamın 11 bəndindən 10-u üzrə təqsirli hesab edib.

 

Tribunal həmçinin Srebrenitsa soyqırımını törətməkdə, Sarayevonu mühasirəyə almaqda və bir sıra yaşayış məntəqələrində insanlığa qarşı cinayətlərdə məsuliyyətin Karadjiçin üzərində olduğunu qərara alıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar