Kanadada poçtlyonlar evə məktub daşımayacaq
12 dekabr 2013 06:12 (UTC +04:00)

Kanadada poçtlyonlar evə məktub daşımayacaq

Kanadada yaxın 5 ildə məktub və baratların evlərə aparılması tamamilə dayandırılacaq.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, son zamanlar poçt xidməti ziyanla işləyir.

 

5 illik plana əsasən, 8 minə yaxın iş yerini ixtisar ediləcəyi, poçt markalarının qiymətinin bahalaşacağı gözlənilir.

 

Auditorların hesablamasına görə, bu sahədə  əsaslı dəyişiklik edilmədən 2020-ci ilədək bir milyard dollar həcmində maliyyət itkisi ola bilər.

 

Evlərdəki poçt yeşiyinin yerinə şəhərlərdə, yaşayış rayonlarına xidmət edəcək ümumi yeşiklərin qoyulacağı planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691
avatar

Oxşar yazılar